04 Sentyabr 2024, 09:41
FUTBOL
Azərbaycan millisinin futbolçusu Mahir Emreli yeni klubu “Nürnberq”də məşqlərə başlayıb. Matc.az xəbər verir ki, bu barədə II Bundesliqa komandası rəsmi saytı vasitəsilə məlumat yayıb.
27 yaşlı forvard kollektivlə məşqlərə qoşulub. Bu, Almaniya klubunun baş məşqçisi Miroslav Klozeni sevindirib.
Qeyd edək ki, “Nürnberq” sabah yoxlama oyununda “Ertsgebirge” ilə üz-üzə gələcək.