Millinin UEFA Millətlər Liqasındakı oyunları ilə əlaqədar çempionatda yaranmış fasiləyə görə 3 gün istirahət edən “Araz-Naxçıvan” məşqlərini bərpa edib. Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bir müddət əvvəl cərrahiyyə əməliyyatı olunan Karlos Jatoba xaric bütün futbolçular hazırlıq prosesinə qoşulub. “Sumqayıt”la matçda zədələndiyinə görə əvəzlənən Ömər Buludov da kollektiv çalışmalarda iştirak edib. Futbolçular əvvəlcə fiziki hazırlıq üzrə məşqçi Teodor Terzievin rəhbərliyi altında çalışıb. Daha sonra baş məşqçinin tapşırıqları yerinə yetirilib.

Komanda sentyabrın 7-də “Sumqayıt”la “Kapital Bank Aren”da yoxlama görüşü keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest