04 Sentyabr 2024, 12:32
FUTBOL
Braziliya yığmasının sabiq futbolçusu Aleks Telleşin ölkəsinə qayıdıb. Matc.az xəbər verir ki, 31 yaşlı müdafiəçinin yeni klubu bəlli olub.
Telleş karyerasını “Botafoqo”da davam etdirəcək. Cinah oyunçusu klubla 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Aleks Telleş ötən mövsümü Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda keçirib.