Meksika millisinin qapıçısı Gilyerme Oçoa Portuqaliyaya köçüb. Matc.az xəbər verir ki, 39 yaşlı futbolçu yüksək liqa komandası AVL-lə anlaşıb.

Tanınmış qolkiper yeni klubu ilə mövsümün sonuna qədər müqavilə imzalayıb. O, son klubu “Salernitada”dan ayrıldığından, AVS-ə azad agent kimi keçib.

Qeyd edək ki, Gilyerme Oçoa 2005-ci ildən bəri Meksika millisinin heyətində 150 oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest