Bu keçid macarlara 3 milyon avroya başa gəlib.

"Neftçi"nin sabiq hücumçusu Mateus Saldanya komandasını dəyişib. Matc.az xəbər verir ki, braziliyalı forvard Serbiyanın "Partizan" klubunu Macarıstan təmsilçisi "Ferentsvaroş"a dəyişib.

Bu barədə Macarıstan klubunun mətbuat xidməti rəsmi məlumat yayıb. Bu keçid macarlara 3 milyon avroya başa gəlib.

Qeyd edək ki, Saldanya 2023-cü ildə yanvar ayından iyuladək "Neftçi"nin formasını geyinib. O, “ağ-qaralar”da 20 oyunda 5 dəfə fərqlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest