05 Sentyabr 2024, 10:08
FUTBOL
“Zirə”nin futbolçusu Ange Mutsinzi Ruanda yığmasında növbəti oyununu keçirib. Matc.az xəbər verir ki, o, Afrika Millətlər Kubokunun I mərhələsinin ilk turunda Liviyaya qarşı oynayıb.
Tripolidə keçirilən qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Start heyətində yer alan 26 yaşlı müdafiəçi 90 dəqiqə meydanda olub. Ange Ruanda yığmasının heyətində ən yaxşı oyunçu kimi fərqləndirilib.
Qeyd edək ki, ruandalılar növbəti oyunu sentyabrın 10-da Nigeriyaya qarşı keçirəcəklər.