05 Sentyabr 2024, 13:53
FUTBOL
“Çelsi” əsas heyət oyunçusu Malo Qyustonu itirib. Matc.az xəbər verir ki, 21 yaşlı sağ cinah müdafiəçisi bud nahiyəsindən zədələnib.
Fransalı oyunçu Premyer Liqanın III turunda “Kristal Pelas”la görüşdə (1:1) xəsarət alaraq 74-cü dəqiqədə əvəzlənib. O, Fransanın gənclər millisinin qarşıdakı rəsmi oyunlar üçün heyətindən kənarlaşdırılıb.
Qeyd edək ki, Malo Qyusto bu mövsüm “Çelsi”nin 4 matçında 266 dəqiqə meydanda olub.