C qrupunda yer alan "Qarabağ" sentyabrın 6-da “Tor Tre Teste”, ardınca “Benevento” ilə görüşəcək. Ertəsi gün rəqib “Sanseverines” olacaq.

"Qarabağ"ın 16 yaşadək (U-16) futbolçulardan ibarət komandası İtaliyada keçiriləcək beynəlxalq turnirə qatılacaq. Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Neapol şəhərində təşkil olunacaq “Blue Devils Cup” turnirində 24 komanda mübarizə aparacaq. İştirakçılar arasında “Yuventus”, “Napoli”, “Roma”, “Fiorentina” və “Dinamo” (Zaqreb) kimi tanınmış klublar da var.

C qrupunda yer alan "Qarabağ" sentyabrın 6-da “Tor Tre Teste”, ardınca “Benevento” ilə görüşəcək. Ertəsi gün rəqib “Sanseverines” olacaq.

Qrup qalibləri və ikinci yerin sahiblərindən ən yaxşı nəticəyə malik iki komanda 1/4 finala yüksələcək. Digər iştirakçılar isə aşağı pillələr uğrunda mübarizəni davam etdirəcəklər.

Qeyd edək ki, “Blue Devils Cup” turnirinə sentyabrın 8-də yekun vurulacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest