15 İyun 2022, 16:28
ÇEMPİONLAR LİQASI
İsveçrənin "Sürix" klubunun baş məşqçisi Franko Foda UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki mümkün rəqibləri barədə danışıb.
İsveçrənin "Sürix" klubunun baş məşqçisi Franko Foda UEFA çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki mümkün rəqibləri barədə danışıb. Matc.az xəbər verir ki, baş məşqçi, "Qarabağ"ın avrokuboklardakı uğurlu oyunu barədə də fikirlərini bildirib:
"Həm "Lex", həm də "Qarabağ" yüksək keyfiyyətlərə malik komandadır".
Foda, Polşa və Azərbaycan komandaları barədə məlumat toplayacaqlarını, növbəti mərhələyə çıxmaq üçün əllərindən gələni edəcəklərini deyib.
"Qarabağ" – "Lex" cütünün qalibi ilk oyununu 19/20 iyulda evdə, cavab görüşünü 26/27 iyulda səfərdə keçirəcək.