"Lex"lə "Qarabağ" arasında Polşada keçiriləcək UEFA çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununa hakim təyinatları açıqlanıb. Matc.az xəbər verir ki, oyunu İspaniyadan olan hakimlər briqadası idarə edəcək.
 
Baş hakim Xose Luis Munueraya yan xətt hakimləri Pau Sebrian Devis və Antonio Ramon Martines Moreno kömək edəcək. Dördüncü hakim funksiyasını isə Xorxe Fiqeroa Vaskes yerinə yetirəcək.
 
"Qarabağ" "Lex"ə qarşı ilk oyununu iyulun 5-də səfərdə, cavab matçını bir həftə sonra Bakıda keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest