25 İyun 2022, 12:47
ÇEMPİONLAR LİQASI
Futbol üzrə UEFA çempionlar Liqasında ilkin mərhələyə yekun vurulub. Matc.az xəbər verir ki, bu mərhələnin həlledici oyununda Andorra çempionu "İnter"lə İslandiyanın "Vikinqur" komandaları qarşılaşıb.
Minimal hesabla qalib gələn İslandiya çempionu çL-in 1-ci təsnifat mərhələsinə vəsiqə qazanıb. "Vikinqur"u növbəti mərhələdə İsveç çempionu "Malmö" ilə oyunlar gözləyir.
Xatırladaq ki, "Vikinqur" ilkin mərhələnin yarımfinalında Estoniya çempionu "Levadiya"nı 6:1, "İnter" isə San Marinonun "La Fiorita" komandasını 2:1 məğlub edərək finala yüksəlmişdilər.
çL-in ilkin təsnifat mərhələsinin həm yarımfinalında, həm də finalında uduzan komandalar mübarizəni Konfrans Liqasının 2-ci təsnifat mərhələsində davam etdirəcəklər. Finalda uduzan "İnter"i çL-in 1-ci təsnifat mərhələsinin "Pünik" (Ermənistan) - çFR Kluj (Rumıniya) cütünün məğlubu ilə duel gözləyir. "La Fiorita" çL-in təsnifat mərhələsinin "Ballkani" (Kosovo) - "Jalgiris" (Litva) cütünün məğlubu ilə qarşılaşacaq. "Levadiya" da "Şemrok Rovers" (İrlandiya) - "Hibernians" (Malta) cütünün məğlubunu gözləyir.
çempionlar Liqası
İlkin mərhələ, final
24 iyun
İnter (Andorra) – Vikinqur (İslandiya) 0:1
Qol: İnqason, 68.