UEFA çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Moldovanın "Şerif" və Bosniya və Herseqovinanın "Zrinski" komandaları arasında keçiriləcək cavab matçının məkanı müəyyənləşib. Matc.az xəbər verir ki, iyulun 12-də baş tutacaq bu qarşılaşma Kişinyovdakı "Zimbru" stadionunda keçiriləcək.
 
Bu barədə Tiraspol klubunun rəsmi saytı məlumat yayıb. Matç Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.
 
Xatırladaq ki, UEFA Dnestryanı bölgədə beynəlxalq matçların təşkilinə razılıq verməyib. Səbəb kimi Rusiyayla müharibə şəraitində olan Ukrayna ilə sərhəddəki vəziyyətin gərginliyi göstərilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest