13 İyul 2022, 13:03
ÇEMPİONLAR LİQASI
Futbol üzrə UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"la İsveçrənin "Sürix" komandası arasında keçiriləcək ilk oyunun vaxtı müəyyənləşib.
Futbol üzrə UEFA çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"la İsveçrənin "Sürix" komandası arasında keçiriləcək ilk oyunun vaxtı müəyyənləşib. Matc.az xəbər verir ki, Bakıda baş tutacaq ilk qarşılaşma iyulun 19-da keçiriləcək. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq matça saat 20:00-da start veriləcək.
İyulun 27-də "Letsiqrund" stadionunda keçiriləcək cavab matçı isə Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Xatırladaq ki, Azərbaycan çempionu çL-in 1-ci təsnifat mərhələsində Polşa "Lex"ini mübarizədən kənarlaşdırıb - 0:1; 5:1. "Sürix" isə mübarizəyə birbaşa 2-ci təsnifa tmərhələsindən başlayacaq.