14 İyul 2022, 10:26
ÇEMPİONLAR LİQASI
Futbol üzrə Azərbaycan çempionu "Qarabağ"ın UEFA çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub. Matc.az xəbər verir ki, "köhlən atlar" II təsnifat mərhələsində İsveçrə "Sürix"ini mübarizədən kənarlaşdırsa, səpələnmişlər səbətində yer alacaq.
Qurban Qurbanovun baş məşqçi olduğu komanda 4 cütdən biri ilə və ya Kiprin "Apollon" (Limassol) klubu ilə üz-üzə gələcək. Azərbaycan çempionunun "Pünik" (Ermənistan) - "Düdelanj" (Lüksemburq) cütünə rəqib olmaq şansı yoxdur.
UEFA çempionlar Liqası
III təsnifat mərhələsi
Səpələnmişlər
Dinamo (Zaqreb, Xorvatiya) - Şkupi (Şimali Makedoniya) cütünün qalibi
Srvena Zvezda (Serbiya)
Makkabi (Hayfa, İsrail) - Olimpiakos (Yunanıstan) cütünün qalibi
HJK (Finlandiya) - Viktoriya (Plzen, çexiya)
Qarabağ (Azərbaycan) - Sürix (İsveçrə)
Jalgiris (Litva) - Malmö (İsveç)
Səpələnməmişlər
Ludoqorets (Bolqarıstan) - Şemrok Rovers (İrlandiya)
Maribor (Sloveniya) - Şerif (Moldova)
Linfild (Şimali İrlandiya) - Bodo Qlimt (Norveç)
Ferentsvaroş (Macarıstan) - Slovan (Bratislava, Slovakiya)
Apollon (Limassol, Kipr)
Pünik (Ermənistan) - Düdelanj (Lüksemburq)
Liqa Yolu
Səpələnmişlər
Benfika (Portuqaliya)
Reyncers (Şotlandiya)
Dinamo (Kiyev, Ukrayna) - Fənərbaxça (Türkiyə) cütünün qalibi
PSV (Niderland)
Səpələnməmişlər
Monako (Fransa)
Midtyulland (Danimarka) - AEK (Larnaka, Kipr) cütünün qalibi
Şturm Qrats (Avstriya)
Yunion (Belçika)
UEFA çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkü iyulun 18-də atılacaq.