14 İyul 2022, 14:09
ÇEMPİONLAR LİQASI
Bakıda "Qarabağ" və İsveçrənin "Sürix" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunu üçün təyinatlar açıqlanıb.
Bakıda "Qarabağ" və İsveçrənin "Sürix" komandaları arasında keçiriləcək UEFA çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunu üçün təyinatlar açıqlanıb. Matc.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Bosniya və Herseqovinadan olan hakimlər briqadasına tapşırılıb.
Baş hakim İrfan Peltoya Senad İbrisimbeqoviç və Davor Belyo laynsmanlar qismində kömək edəcəklər. Dördüncü hakim funksiyasını Miloş Giqoviç yerinə yetirəcək.
İyulun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmaya saat 20:00-da start veriləcək. Cavab matçı iyulun 27-də səfərdə keçiriləcək.