18 İyul 2022, 10:52
ÇEMPİONLAR LİQASI
"Qarabağ"ın UEFA çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Bakıda İsveçrə çempionu "Sürix"ə qarşı keçirəcəyi ilk oyuna indiyədək satılmış biletlərin sayı bəlli olub. Matc.az xəbər verir ki, qarşılaşma üçün azı 23 min bilet satılıb. Oyun saatına qədər qalan biletlərin də satılması ehtimalı yüksəkdir.
Xatırladaq ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" – "Sürix" matçına saat 20:00-da start veriləcək. Bu komandalar arasındakı vavab matçı isə iyulun 27-də İsveçrədə baş tutacaq.