Bu gün futbol üzrə UEFA çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb. Matc.az xəbər verir ki, Bakı vaxtı ilə saat 14:00-da başlayan tədbirdə Azərbaycan çempionu "Qarabağ"ın da potensial rəqibləri bəlli olub.

Ağdam klubu 2-ci təsnifat mərhələsində İsveçrə "Sürix"ini üstələyəcəyi təqdirdə, "Ludoqorets" (Bolqarıstan)/"Şemrok Rovers" (İrlandiya) cütünün qalibi, "Ferentsvaroş" (Macarıstan)/"Slovan" (Bratislava, Slovakiya) cütünün qalibi və ya Kiprin "Apollon" (Limassol) komandası ilə üz-üzə gələcəkdi. Püşk nəticəsində "Qarabağ" – "Sürix" cütünün növbəti mərhələdəki rəqibi "Ferentsvaroş" (Macarıstan) – "Slovan" (Bratislava, Slovakiya) cütünün qalibi olacaq. "Qarabağ" – "Sürix" duelinin qalibi ilk görüşünü 2-3 avqustda öz meydanında, cavab qarşılaşmasını isə 0-10 avqustun səfərdə keçirəcək.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb "Dinamo"sunun da növbəti mərhələdəki potensial rəqibi müəyyənləşib. Xorvatiya çempionu bu mərhələdə Bolqarıstan və ya İrlandiyaya səfər edəcək. İkinci raundda "Şkupi" ilə qarşılaşacaq zaqreblilər Şimali Makedoniya təmsilçisini üstələyəcəyi təqdirdə, növbəti mərhələdə "Ludoqorets (Bolqarıstan) – "Şemrok Rovers" (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. "Dinamo" – "Şkupi" cütünün qalibi ilk görüşü səfərdə keçirəcək.

UEFA çempionlar Liqası
3-cü təsnifat mərhələsi

Makkabi (Hayfa, İsrail)/Olimpiakos (Yunanıstan) cütünün qalibi – Apollon (Limassol, Kipr)

Qarabağ (Azərbaycan)/Sürix (İsveçrə) cütünün qalibi – Ferentsvaroş (Macarıstan)/Slovan (Bratislava, Slovakiya) cütünün qalibi

Ludoqorets (Bolqarıstan)/Şemrok Rovers (İrlandiya) cütünün qalibi – Dinamo (Zaqreb, Xorvatiya)/Şkupi (Şimali Makedoniya) cütünün qalibi

Maribor (Sloveniya)/Şerif (Moldova) cütünün qalibi – HJK (Finlandiya)/Viktoriya (Plzen, çexiya) cütünün qalibi

Linfild (Şimali İrlandiya)/Bodo Qlimt (Norveç) cütünün qalibi – Jalgiris (Litva)/Malmö (İsveç) cütünün qalibi

Srvena Zvezda (Serbiya) – Pünik (Ermənistan)/Düdelanj (Lüksemburq) cütünün qalibi

Liqa yolu

Monako (Fransa) – PSV (Niderland)

Dinamo (Kiyev, Ukrayna)/Fənərbaxça (Türkiyə) cütünün qalibi – Şturm Qrats (Avstriya)

Yunion (Belçika) – Reyncers (Şotlandiya)

Benfika (Portuqaliya) – Midtyulland (Danimarka)/AEK (Larnaka, Kipr) cütünün qalibi

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest