10 İyul 2024, 18:22
FUTBOL
“Real” bir sıra futbolçuların nömrələrini dəyişdiyini açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı Madrid klubunun rəsmi saytı paylaşıb.
Komandaya yeni gələn Kilian Mbappe 9 nömrə altında çıxış edəcək. Daha əvvəl 12 nömrəli formanı geyinən Eduardo Kamavinqa indi 6 nömrə altında çıxış edəcək. Federiko Valverdeyə 8, Orelyen Tçouameni isə 14 nömrəni forma verilib. Arda Gülər 15, Xesus Valyexo isə 18 nömrə ilə çıxış edəcəklər.
Qeyd olunur ki, “Real” sabahdan etibarən öz fan-şoplarında oyunçuların nömrələri yenilənmiş köynəklərin satışına başlayacaq.