“Monako”nun müdafiəçisi Yussuf Fofana İtaliyanın “Milan” klubu ilə müqavilənin şərtlərini razılaşdırıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı Fabrisio Romano “X” sosial şəbəkəsində paylaşıb.
Bildirilir ki, “rossonerlər” hələ ki, 25 yaşlı fransızın transferini klubu ilə razılaşdırmayıb. Danışıqlar hazırda aktiv mərhələdədir, lakin asan olmayacaq, çünki Yusufun istəyi ilə “Monako” Fransa millisinin oyunçusu üçün 30 milyon avro ödəməyə hazır olan “Nottinqem Forest”indən imtina etmişdi. Bu isə o deməkdir ki, “Milan” Fofananı almaq istəyirsə, daha çox ödəməli olacaq.
Düzdür, italyanlar artıq pul ödəmək niyyətində deyillər, çünki oyunçu ilə müqavilə cəmi bir illik nəzərdə tuitulub və “Transfermarkt”a görə Fofananın dəyəri 30 milyon avrodur.