10 İyul 2024, 20:19
FUTBOL
“Səbail” heyətini daha bir futbolçu ilə gücləndirib.
Matc.az xəbər verir ki, paytaxt klubu Mert Çeliklə 1 illik müqavilə bağlayıb.
24 yaşlı futbolçu son mövsümü icarə əsasında Türkiyə I Liqa təmsilçisi “Bandırmaspor”da keçirib. O, müqavilə ilə “Başakşehir”ə məxsus olub. Çelik “Səbail”də 20 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Çelik 2020-2023-cü illərdə “Neftçi”nin formasının geyinib. Türkiyəli oyunçu gənclərdən ibarət və əsas yığmalarımızın heyətinə də cəlb olunub.