10 İyul 2024, 20:50
FUTBOL
23 yaşlı yarımmüdafiəçi Kefren Türam “Yuventus”a keçib.
Matc.az xəbər verir ki, bu barədə Turin klubunun mətbuat xidməti məlumat paylaşıb.
“Yuventus” klubu komandanın əfsanəsinin oğlu ilə 5 illik müqavilə imzalayıb.
Türam 2019-cu ildən “Nitsa”da çıxış edib. Ötən mövsüm yarımmüdafiəçi fransalıların heyətində bütün turnirlərdə 29 oyun keçirib və 1 qol vurub və 1 məhsuldar ötürmə edib. “Transfermarkt” internet portalına görə futbolçunun təxmini dəyəri 35 milyon avrodur.
Xatırladaq ki, futbolçunun atası Lilian Türam 2001-2006-cı illərdə “Yuventus”da çıxış edib və klubda 144 oyuna çıxıb.