10 İyul 2024, 22:54
FUTBOL
İtaliya A Seriyası təmsilçisi “Napoli” yeni transferini açıqlayıb.
Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Neapol klubu müdafiəçi Rafa Marinlə anlaşıb.
Müqavilə əsasında İspaniyanın “Real” komandasına məxsus olan futbolçunun transfer məbləği 12 milyon avro olub. 22 yaşlı müdafiəçi ilə 2029-cu ilin yayına qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Marin son mövsümü icarə əsasında İspaniyanın “Alaves” klubunda keçirib.