11 İyul 2024, 00:09
FUTBOL
“Kopenhagen”in yarımmüdafiəçisi Oskar Haylunn karyerasını “Ayntraxt” klubunda davam etdirəcək.
Matc.az xəbər verir ki, bu barədə Frankfurt klubunun rəsmi saytı xəbər yayıb
Bildirilir ki, transfer məbləği 1,35 milyon avro olub. Müqavilə 5 il müddətinə imzalanıb.
19 yaşlı danimarkalı “Kopenhagen” klubunun yetirməsidir. O, klubda 23 oyun keçirib və 1 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Oskar “Mançester Yunayted”in hücumçusu Rasmus Haylunnun qardaşıdır.