11 İyul 2024, 00:25
FUTBOL
“Renn”in yarımmüdafiəçisi Enzo Le Fi “Roma”ya keçib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı İtaliya klubunun rəsmi saytı paylaşıb.
Transfer məbləği 23 milyon avro olub. Müqavilənin şərtləri barədə hələ ki, məlumat yoxdur.
24 yaşlı fransalı yarımmüdafiəçi “Loryan”ın yetirməsidir. O, 2023-cü ilin yayında 20 milyon avroya “Renn”ə keçib. “Bretonlular”ın heyətində Le Fi 35 oyun keçirib və 5 məhsuldar ötürmə edib.