Qəbələ şəhər stadionunda gerçəkləşəcək hazırlıq prosesində yoxlama oyunlarının keçirilməsi planlaşdırılıb.

I Liqada çıxış edəcək “Qəbələ”nin 2024/2025 mövsümünə hazırlıq planı müəyyənləşib. Matc.az xəbər verir ki, “qırmızı-qaralar” məşqlərə iyulun 25-də Qəbələdə başlayacaqlar.

Bu barədə məlumat klubun mətbuat xidməti tərəfindən yayılıb. Bildirilir ki, seleksiya xarakterli hazırlıq prosesi bir həftə davam edəcək. Ardınca komanda təlim-məşq toplanışına start verəcək.

Qəbələ şəhər stadionunda gerçəkləşəcək hazırlıq prosesində yoxlama oyunlarının keçirilməsi planlaşdırılıb. Bu görüşlərdəki rəqiblər və matçların tarixi barədə məlumat veriləcək.

Qeyd edək ki, I Liqada yeni mövsüm sentyabrın 11-də başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest