11 İyul 2024, 13:04
FUTBOL
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının sabiq futbolçusu Barış Ekincier klubunu dəyişib. Matc.az xəbər verir ki, ötən mövsümü "Şanlıurfaspor"da keçirən hücumçu I liqa təmsilçisi "Ümraniyəspor"a keçib.
25 yaşlı futbolçunun yeni klubu ilə neçə illik müqavilə imzaladığı açıqlanmayıb.
Qeyd edək ki, Barış ötən mövsüm 29 oyunda 4 qola imza atıb.