“İnter”in baş məşqçisi Simone İnzaqi postunda qalmaq üçün fədakarlıq edib. Matc.az xəbər verir ki, təcrübəli mütəxəssis Səudiyyə Ərəbistanından gələn fantastik təklifə rədd cavabı verib.

Belə ki, “Əl-Nəsr” ona illik 20 milyon avro maaş təklif edib. Lakin İnzaqi “İnter”lə müqavilə müddəyini yeniləmək üçün “yox” cavabını verib. Nəticədə o, A Seriyasının çempionu ilə sözləşməni 2026-cı ilə qədər uzatmağı razılaşdırıb. İtaliyalı mütəxəssisin illik məvacibi 6,5 milyon avro olaq.

Qeyd edək ki, Simone İnzaqi 2021-ci ilin yayından “İnter”i çalışdırır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest