11 İyul 2024, 17:38
FUTBOL
2024-25 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunu keçidini rəsmiləşdirib. Matc.az xəbər verir ki, komanda son mövsümü Bosniya və Herseqovinanın “Sarayevo” klubunda keçirmiş Slavişa Radoviçlə müqavilə imzalayıb.
Bu gün Ankarada tibbi baxışdan keçən 30 yaşlı müdafiəçi ilə 1+1 illik anlaşma əldə olunub. Radoviç “gənclik şəhəri” təmsilçisində 3 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, “Sumqayıt” buna qədər Rəhim Sadıxov və Fernando Medeirosun keçidini rəsmiləşdirib.