İngiltərənin “Liverpul” klubunun sabiq baş məşqçisi Yurgen Kloppun ABŞ millisinə rəhbərlik etməsi təklif olunub.

Matc.az xəbər verir ki, bu barədə “The Independent” məlumat yayıb.

Bildirilir ki, ABŞ Kanada və Meksika ilə birlikdə ev sahibliyi edəcək 2026-cı il dünya çempionatına hazırlaşarkən Qreq Berhalterin əvəzlənməsinin mümkünlüyü ilə bağlı Kloppla ilkin əlaqə qurulub.

2024-cü ildə Amerika Kubokunda ABŞ komandası qrupda üçüncü yeri tutub və pley-offa yüksələ bilməyib.

Xatırladaq ki, bundan əvvəl 57 yaşlı Yurgen Klopp İngiltərə Premyer Liqasında mövsümün sonunda “Liverpul”u tərk etmişdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest