2024/2025-ci illər mövsümünə hazırlıqlarını davam etdirən “Səbail” bu gün Türkiyə toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb.

Matc.az xəbər verir ki, paytaxt təmsilçisi Türkiyə I Liqa təmsilçisi “Ərzurumspor”la qarşılaşıb, 2:3 hesabı ilə uduzub. “Səbail”in hər iki qolunu Samir Abdullayev vurub.

Qeyd edək ki, “Səbail” növbəti yoxlama matçını iyulun 13-də Türkiyə Superliqası komandalarından “Hatayspor”a qarşı keçirəcək. 

“Səbail”in Ərzurum toplanışı iyulun 18-dək davam edəcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest