11 İyul 2024, 21:14
FUTBOL
İngiltərənin “Liverpul” klubunun sabiq baş məşqçisi Yurgen Klopp ABŞ millisindən gələn baş məşqçilik təklifindən imtina edib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı jurnalist David Ornstein “X” sosial şəbəkəsində paylaşıb.
Bildirilir ki, Klopp ABŞ Futbol Federasiyasına məşqçiliyə fasilə vermək niyyətində olduğunu bildirib.
Xatırladaq ki, daha əvvəl mətbuatda ABŞ-ın Kanada və Meksika ilə birlikdə ev sahibliyi edəcəyi 2026-cı il dünya çempionatına hazırlaşdığı bir vaxtda Qreq Berhalterin əvəzlənməsinin mümkünlüyü ilə bağlı alman mütəxəssislə ilkin əlaqənin qurulduğu barədə məlumat yayılmışdı.