12 İyul 2024, 00:18
FUTBOL
PSJ “Napoli”yə Xviça Kvaratsxeliya və Viktor Osimheni almaq üçün ümumilikdə 200 milyon avro ödəməyi düşünür.
Matc.az xəbər verir ki, bu barədə “Corriere dello Sport” məlumat yayıb.
Bildirilir ki, Neapolitan klubunun rəhbərliyi gürcü futbolçu ilə ayrılmağa hazır deyil, lakin 130 milyon avroluq təklif alınacağı təqdirdə Osimhenin transfer variantını nəzərdən keçirəcək.
PSJ-nin bu futbolçuları alaraq klubdan ayrılan Kilian Mbappe və ümidləri doğrultmayan hücumçu Randal Kolo Muanini əvəzləmək istədiyi vurğulanır.
Qeyd edək ki, Kvaraxtseliyanın “Napoli” ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Osimhenin müqaviləsi isə 2026-cı ilin yayına qədərdir.