"Qol vurmalı olsaq da, bunu bacarmadıq. Görüş ərzində hücumlar yaratdıq, şanslarımızdan yararlana bilmədik"

Moldovanın “Şerif” klubunun baş məşqçisi Yuriy Qura UEFA Avropa Liqasının I təsnifat mərhələsinin “Zirə” ilə ilk oyunundan (0:1) sonra keçirilən mətbuat konfransında məğlubiyyəti şərh edib.

Matc.az xəbər verir ki, ukraynalı mütəxəssis məğlubiyyətin acı olduğunu söyləyib.

“Qol vurmalı olsaq da, bunu bacarmadıq. Görüş ərzində hücumlar yaratdıq, şanslarımızdan yararlana bilmədik. Rəqib komanda sadə bir vəziyyətdə qapımıza yol tapdı. Müdafiədə yol verdiyimiz səhvdən David Volkov ustalıqla istifadə etdi”.

Qeyd edək ki, “Zirə” və “Şerif” arasında cavab oyunu isə bir həftə sonra “Liv Bona Dea Arena” gerçəkləşəcək. Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest