Avropa Liqası və Konfrans Liqasında keçirilən ilk oyunlardan sonra UEFA reytinqi açıqlanıb. Matc.az xəbər verir ki, Azərbaycan da 2024-25 avrokubok mövsümündə ilk xallarını qazanıb.

“Şerif”i Moldovada 1:0 hesabı ilə məğlub edən “Zirə” ölkəmizin hesabına 0,250 xal yazdırıb. Azərbaycanın ümumi xal sayı 17.000-ə çatıb. Bununla ölkəmizə 25-ci pillədə qərarlaşıb. 24-cü sırada yer alan Slovakiyadan cəmi 0,125 əmsal geri qalırıq.

Baş tutan matçlar bəzi dəyişikliklərə səbəb olub. Slovakiya, Rumıniya, Farer adaları, Ermənistan, Albaniya, Uels və Cəbəllütariq irəliləyib, Kipr, İsveç, Finlandiya, Qazaxıstan, Şimali İrlandiya, Gürcüstan və Belarus geriləyib.

UEFA reytinqinə 89.160 xalla İngiltərə başçılıq edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest