12 İyul 2024, 11:49
FUTBOL
“Real”ın yeni transferi Kilian Mbappenin təqdimatı üçün biletlərə böyük tələbat var. Matc.az xəbər verir ki, “kral klubu” fransalı hücumçunu iyulun 16-da ictimaiyyətə təqdim edəcək.
Tədbir “Santyaqo Bernabeu” stadionunda baş tutacaq. Biletlər ictimaiyyətə pulsuz təqdim olunur. Hazırda növbədə 100 mindən çox insan var. Halbuki oyunlar zamanı “Santyaqo Bernabeu” stadionunun maksimum tamaşaçı tutumu 85 min olur.
Qeyd edək ki, Kilian Mbappe PSJ-dən ayrıldığı üçün “Real”a azad agent kimi keçəcək.