21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Serbiya yığması ilə keçirəcəyi ev oyununun yeri müəyyənləşib.

Matc.az xəbər verir ki, F qrupu çərçivəsində sentyabrın 10-da təşkil olunacaq görüş “Liv Bona De Arena”da baş tutacaq. Matçın başlama saatı hələ bilinmir.

Qeyd edək ki, U-21 sentyabrın 6-da Eş-Sur-Alzett şəhərində yerləşən “Emile Mayrisch” stadionunda Lüksemburq millisi ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest