"Vilyarreal" PSJ-nin sol cinah müdafiəçisi Xuan Bernatı icarəyə götürüb. Matc.az xəbər verir ki, bu abrədə ispaniya klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, icarə mövsümün sonuna qədər və məcburi satınalma hüququ olmadan etibarlıdır.

Xatırladaq ki, 31 yaşlı Bernat əvvəllər La Liqada "Valensiya"da çıxış edib və 6 il əvvəl "Bavariya"dan parislilərin düşərgəsinə qoşulub. Ötən mövsüm Bernat icarə əsasında Portuqaliyanın "Benfika" klubunda çıxış edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest