"Kopenhagen"in hücumçusu Orri Ouskarsson "Real Sosyedad"a keçib.

Matc.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.

İspaniya klubu 20 yaşlı islandiyalı üçün 20 milyon avro ödəyib. Müqavilə 30 iyun 2030-cu ilə qədər imzalanıb.

Qeyd edək ki, Ouskarsson "Kopenhagen"də 62 oyun keçirib, 43 qol vurub və 9 məhsuldar ötürmə edib. Gənc futbolçu İslandiya millisində 8 oyun keçirib və 2 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest