"Borussiya"nın yarımmüdafiəçisi Manu Kone "Roma"ya keçib.

Bu barədə Roma “canavarları”nın rəsmi saytı məlumat yayıb. Transfer məbləği 18 milyon avro olub. Müqavilənin şərtləri barədə məlumat açıqlanmır.

Qeyd edək ki, 23 yaşlı fransız Münhenqladbax klubunun heyətində 86 oyun keçirib, 6 qol vurub və 4 məhsuldar ötürmə edib. Əvvəllər o, yetirməsi olduğu "Tuluza"da çıxış edib.

Manu Kone mərkəz yarımmüdafiəçisi kimi oynayır və artıq Fransa millisinə cəlb olunub, lakin hələ milli komandada debüt etməyib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest