"Vilyarreal"ın yarımmüdafiəçisi Arnaud Danjuma "Jirona"ya keçib.

Matc.az xəbər verir ki, bu barədə onun yeni komandasının mətbuat xidməti məlumat yayıb.

Kataloniyalılar 27 yaşlı niderlandlı futbolçunu 30 iyun 2025-ci ilə qədər icarəyə verib.

Qeyd edək ki, Arnaud Danjuma PSV-nin yetirməsidir. Daha sonra "NEC Nijmegen" və "Brügge"də oynayıb. O, 2019-cu ilin yayında 19,5 milyon avroya "Bornmut"a keçib. İki mövsüm sonra futbolçu 23,5 milyon avroya "Vilyarreal"a transfer edilib. Daha sonra "Tottenhem" və "Everton"da icarə əsasında çıxış edib.

Ümumilikdə, Arnaud Danjuma peşəkar karyerasında klub səviyyəsində 208 rəsmi oyun keçirib, 64 qol vurub və 33 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest