"Qalatasaray"ın hücumçusu Vilfrid Zaha "Lion"a keçib

Matc.az xəbər verir ki, bu barədə Fransa klubunun rəsmi saytı məlumat yayıb.

"Lion" klubu 31 yaşlı futbolçunu 2025-ci il iyunun 30-na kimi 3 milyon avroya icarəyə götürüb. Müqavilə satın alma variantını nəzərdə tutmur. Qeyd edək ki Zaha "Kristal Palas"ın yetirməsidir. O, "Kardiff" və "Mançester Yunayted"də də oynayıb. Hücumçu Fil Dişi Sahili millisində 33 oyun keçirib, 5 qol vurub və 6 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest