"Barselona" La Liqanın III turunda "Rayo Valyekano"ya qalib gəlib – 2:1.

Matc.az xəbər verir ki, bu, kataloniyalılar üçün yeni mövsümdə ardıcıl 3-cü qələbədir. Bundan əvvəl onlar "Valensiya" (2:1) və "Atletik"i (2:1) məğlub ediblər.

Beləliklə, bir müddət əvvəl kluba rəhbərlik edən Hans-Diter Flik rekorda imza atıb. O, son 10 ildə ardıcıl üç qələbə ilə başlayan ilk kataloniyalı məşqçi olub.

Sonuncu dəfə Luis Enrike bunu 2014-cü ildə bacarmışdı.

Qeyd edək ki, bu qələbədən sonra "Barselona" 9 xal toplayıb və İspaniya La Liqasının turnir cədvəlində birinci yerdədir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest