"Everton" transfer pəncərəsinin son dəqiqələrində "Çelsi"nin forvardı Armando Broyanı transfer etməyə razılaşıb.

Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Söhbət 22 yaşlı Albaniya millisinin futbolçusunun bir mövsümlük icarəsindən gedir. Müqavilədə oyunçunu almaq maddəsi də yer alıb.

Xatırladaq ki, Broya "Çelsi" düşərgəsinin əsas oyunçusu deyil və ötən mövsümün ikinci hissəsini icarə əsasında "Fulhem"də keçirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest