"Əl-Əhli" "Brentford"dan 28 yaşlı hücumçu İvan Toni ilə müqavilə imzaladığını elan edib.

Matc.az xəbər verir ki, bu bərədə məlumat Səudiyyə Ərəbistanı klubunun sosial şəbəkələrində paylaşılıb.

Futbolçu ilə müqavilə 2028-ci ilə qədər nəzərdə tutulub.

Bundan əvvəl mətbuatda Səudiyyə klubunun ingilis futbolçunun transferi üçün 47,5 milyon funt sterlinq (56,4 milyon avro) ödəyəcəyi barədə məlumat yayılmışdı. Toninin maaşının ildə təxminən 18 milyon avro olacağı vurğulanıb.

Qeyd edək ki, Toni 2020-ci ilin sentyabrından "Brentford"dadır. Ötən mövsüm o, bütün yarışlarda 17 matçda iştirak edib, 4 qol vurub və 2 məhsuldar ötürmə edib. Ümumilikdə, hücumçu meydanda 1449 dəqiqə keçirib. "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 50 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest