Kristiano Ronaldo Çempionlar Liqasının 2024/25 mövsümünün püşkatma mərasiminə 6 milyon funt-sterlinq dəyərində zinət əşyaları ilə qatılıb.

"Əl-Nəsr" və Portuqaliya yığmasının ulduzu Kristiano Ronaldo Çempionlar Liqasının 2024/25 mövsümünün püşkatma mərasiminə 6 milyon funt-sterlinq (7 milyon avrodan çox) dəyərində zinət əşyaları ilə qatılıb.

Matc.az xəbər verir ki, məşhur idmançının qolunda görünən saatın qiyməti 2,2 milyon funt-sterlinqdir. Ronaldonun pencəyindəki nişan 33 karatlıq brilyantdan hazırlanıb. Onun bütün geyiminin ümumi dəyəri isə 6 milyon funt sterlinq olan üç brilyantdan ibarət olunub.

Xatırladaq ki, püşkatma mərasimində 39 yaşlı Ronaldonun vəzifəsi superkompüterdə düyməni basmaq olub, süni intellekt isə hər komanda üçün püşkatma reallaşdırıb.

Səudiyyə Ərəbistanının yeni çempionatının ilk iki turunda portuqaliyalı iki qol vurub və məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest