"Real"ın baş məşqçisi Karlo Ançelotti Kilian Mbappenin oyun səviyyəsini yüksək qiymətləndirib.

"Real"ın baş məşqçisi Karlo Ançelotti Kilian Mbappenin oyun səviyyəsini yüksək qiymətləndirib.

Matc.az xəbər verir ki, təcrübəli mütəxəssi bu barədə "Marca" nəşrinə açıqlama verib.

"Məncə, Kilian çox yaxşı oynayır. Mbappe qol vurmur, amma o, təhlükəlidir. Onun adaptasiya ilə bağlı problemi olduğunu düşünmürəm.

Müdafiə işi? Bu, daha kollektiv şəkildə olmalıdır, amma açıq-aydın hücumçular bu işdə daha az iştirak edirlər".

Xatırladaq ki, Mbappe bu yay Madrid klubuna keçib. Bu müddət ərzində fransalı futbolçu bütün turnirlərdə dörd matçda iştirak edib və bir qol vurub.

Futbolçunun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 180 milyon avrodur.

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest