Türkiyənin "Trabzonspor" klubu baş məşqçisi Abdullah Avcı ilə yolları ayırıb.

Matc.az xəbər verir ki, bu barədə Superliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Türkiyəli mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma ilə xitam verildiyi bildirilib.

Qeyd edək ki, Avcı 2020-ci ilin noyabrından 2023-cü ilin mart ayınadək "Trabzonspor"a baş məşqçilik edib. O, daha sonra 2023-cü ilin oktyabrında komandaya gətirilmişdi. "Qara dənizlilər" onun rəhbərliyi altında bir dəfə ölkə çempionu olub, iki dəfə Türkiyə Superkubokunu qazanıb.

"Trabzonspor" bu mövsüm Superliqada cəmi 1 oyun keçirib və 1 xalla turnir cədvəlində 16-cı pillədə qərarlaşıb. UEFA Konfrans Liqasında isə "Sankt Qallen"ə məğlub olaraq mübarizəni dayandırıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest