"Sabah" Misli Premyer Liqasının V turunda səfərdə "Kəpəz"ə 3:2 hesabı ilə qalib gəlib.

Matc.az xəbər verir ki, qəsəbə təmsilçisinin baş məşqçisi Krunoslav Renduliç oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

- Demək olar ki, ilk 15 dəqiqə, rəqibin vurduğu qola qədər çox pis başladıq. Sanki tətildə idik. Bu, həyatda da belədir, nəyisə 100 faiz istəmirsənsə, köklənmirsənsə nəticələr belə alınır. Rəqibin vurduğu ikinci qoldan sonra istədiyimiz kimi oynamağa başladıq. İkinci hissədə mükəmməl idik, 3 qol vurduq və daha 3 qol vura bilərdik. İki fərqli hissə oldu. İlk hissə çox bərbad, ikinci hissədə isə mükəmməl oyunadıq. Bu gün biz 3 xala layiq idik. Oyunçularımı təbrik edirəm.

- Uzun zamandır müdafiə və hücumda balans yoxdur. Bunun səbəbi nədir?
- Bilirdik rəqib necə oynayacaq. Rəqibinin oyununa qarşı hazırlaşmışdıq. Önəmli olan odur ki, meydanda baş verən hər situasiyaya düzgün yanaşmaq lazımdır. Futbolçu gözləyir ki, komanda yoldaşım mənim yerimə hərəkət edəcək, o zaman deyiniz hallar meydana çıxır və buna görə də 2 qol buraxdıq. Amma vaxtında başa düşdük ki, davranışımızı dəyişməliyik. Bu gün biz qalib gəldik, amma qarşıdakı matça belə yanaşsaq, qalib gələ bilməyəcəyik. Bu, bizim üçün yaxşı dərs oldu.

- Komanda avrokuboklardakı uğursuzluqdan sonra yaşanan psixoloji enişdən çıxa bilib?
- Əlbəttə ki, qələbələr bizi psixoloji gərginlikdən çıxarır. Bu, bütün komandalarda belədir, "Real"da da, "Sabah"da da.

- Milli fasilə müdafiədəki problemlərin həll olunmasına kömək olacaq?
- Bəli, ola bilər. Amma buraxdığımızdan daha çox qollar vurmuşuq. Bu, müdafiədəki məsuliyyətdən irəli gəlir. Nə qədər arxayın olsalar, qollar buraxacağıq. Müdafiəçilər oyuna daha yaxşı köklənməlidir. Süni örtükdə oynamaq asan deyil. Bütün komandalar təbii örtükdən süniyə keçəndə çətinlik yaşayır.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest