İspaniya La Liqasında IV turun oyunları keçirilir. 

Matc.az xəbər verir ki, "Barselona" doğma meydanda "Valyadolid"i qəbul edib. 

Qarşılaşma meydan sahiblərin 7:0 hesablı qələbəsi ilə başa çatıb. Kataloniya təmsilçisinin futbolçusu Rafinya oyunda het-triklə yadda qalıb.

Qeyd edək ki, "Barselona" dörd turdan sonra 12 xalla turnir cədvəlinə liderlik edir.

İspaniya La Liqası
IV tur
31 avqust

"Barselona" – "Valyadolid" – 7:0
Qollar: Rafinya, 20, 64, 72, Levandovski, 24, Kunde, 45+2, Olmo, 82, Torres, 85

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest