Türkiyə Superliqasında IV turun oyunları keçirilir. 

Matc.az xəbər verir ki, turun ikinci oyun günündə 4 qarşılaşma keçirilib.

"Qalatasaray" səfərdə "Adana Dəmirspor"un qonağı olub. İstanbul təmsilçisi 5:1 heasbı ilə rəqibini darmadağın edib.

Günün digər qarşılaşmalarında "Konyaspor" – "Kayserispor" matçında hesab açılmayıb. "Göztəpə" dogma meydanda "Bodrum" üzərində inamlı qələbə qazanıb – 2:0. "Kasımpaşa" isə səfərdə "Rizespor"u minimla hesabla məğlub edib.

Qeyd edək ki, Türkiyə Superliqasında IV tura bu gün yekun vurulacaq.

Türkiyə Superliqası
IV tur
31 avqust

"Adana Dəmirspor"  "Qalatasaray" – 1:5
Qollar: K. Aktürkoğlu, 9, S. Güler, 18 (aq), B. Yılmaz, 31, D. Mertens, 37, A. Bardakçı, 79 // A. Qravillon, 79 (pen)

"Kasımpaşa" – "Rizespor" – 0:1
Qol:
M. Ben Ouanes, 6

"Göztəpə" – "Bodrum" – 2:0
Qollar:
Romula, 16, Dyalma, 41

"Konyaspor" – "Kayserispor" – 0:0

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest